Livanın baş nazirindən suriyalı qaçqınlarla bağlı Aİ-yə çağırış

 23:58 22.04.2024     255

Livanın Baş naziri Nəcib Mikati Avropa İttifaqını 2011-ci ildən Livanda olan köçkün suriyalılarla bağlı siyasətinə yenidən baxmağa çağırıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Beyrutda Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi ilə görüşdə bildirib.

“Avropa İttifaqı suriyalı qaçqınlara yardım göstərməklə bağlı yanaşmasını dəyişməlidir. Avropa İttifaqı suriyalıları Livanda qalmağa davam etmədən vətənlərinə qayıtmağa təşviq etməlidir”, - o deyib.

Mikati Aİ ölkələrinə "Livan üçün yaxın vaxtlarda elan ediləcək maliyyə dəstəyi proqramını təsdiq etdiklərinə görə" təşəkkür edib. “Livan ordusuna və təhlükəsizlik qüvvələrinə hərbi-texniki yardım, həmçinin bərpa olunan enerji mənbələri, su ehtiyatları və infrastrukturun inkişafı sahəsində investisiya layihələrinin həyata keçirilməsinə ehtiyac var”, - o vurğulayıb.

Varhelyi görüşdən sonra verdiyi açıqlamada "Aİ-nin prioritetinin Livanın sabitliyi, təhlükəsizliyi və rifahını təmin etmək olduğunu" bildirib. Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen mayın 2-nə planlaşdırılan Beyruta səfəri zamanı Livana uzunmüddətli maliyyə yardımı paketini açıqlayacaq.

T.İSMAYIL