Qazaxıstanda 5 mindən çox yaşayış binası su altında qaldı

 09:43 23.04.2024     182

Qazaxıstanın bir sıra regionlarında irimiqyaslı daşqınlar nəticəsində 5 mindən çox yaşayış binası hələ də su altında qalır.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini Bauyrjan Sızdıkov hökumətin iclasında məlumat verib.

“Bu gün 5 mindən çox yaşayış binası, 18 minə yaxın bağ evi, 1000 həyətyanı sahə və 91 tikili su altında qalıb".

Onun sözlərinə görə, hazırda Qərbi Qazaxıstan, Atırau və Şimali Qazaxıstan vilayətlərində daşqınların aradan qaldırılması işləri davam etdirilir.

Humay İSGƏNDƏRLİ