İsveçrə Rusiyanın aktivlərini blokdan çıxardı

 12:32 23.04.2024     247

İsveçrə hakimiyyət orqanları 2023-cü ildə Avropa İttifaqının (Aİ) bəzi şəxslərə qarşı sanksiyalarının ləğvi, eləcə də bəzi vəsaitlərin mənşəyini aydınlaşdırdıqdan sonra Rusiya ilə bağlı 290 milyon İsveçrə frankı (təxminən 318 milyon ABŞ dolları) dəyərində aktivləri blokdan çıxarıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin məlumatında deyilir.

“Əvvəllər ehtiyat tədbirləri ilə dondurulmuş 140 milyon İsveçrə frankı (təxminən 153 milyon dollar) dəyərində aktivlər, onların dondurulması üçün hüquqi əsasların təmin edilmədiyi təhqiqat nəticəsində blokdan çıxarılıb”, - məlumatda qeyd edilib.

Bundan əlavə, Rusiyanın bloklanmış aktivlərinin ümumi məbləği 150 milyon İsveçrə frankı (təxminən 165 milyon ABŞ dolları) azalıb, çünki konfederasiyanın hədəf aldığı bir sıra şəxslər Aİ-nin sanksiya siyahılarından çıxarılıb.