Netanyahu postunu saxlamaq üçün ABŞ-İran müharibəsinə səbəb ola bilər - Ekspert

 15:52 23.04.2024     254

İsrailin Baş naziri Benyamin Netanyahu Tehranla münasibətlərin pisləşməsi fonunda İsrail Nazirlər Kabinetinin başında qalmaq üçün ABŞ və İran arasında genişmiqyaslı hərbi münaqişəyə səbəb olmağa cəhd edə bilər.

Redaktor.az xəbər verir ki, bu fikri Amerikanın "Independent Institute" analitik mərkəzinin Sülh və Azadlıq Mərkəzinin direktoru İvan Eland "Responsible Statecraft" portalı üçün yazdığı məqalədə qeyd edib.

Ekspertin sözlərinə görə, aprelin 1-də İsrail hərbi hava qüvvələrinin İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə “məqsədli və ehtiyatsız hücumu” 7 iranlı hərbi məsləhətçinin ölümü ilə nəticələnib.

O qeyd edib ki, İsrailin İranın diplomatik missiyasına hücumu "İranın özünə hücuma bərabər olduğundan" Tehran "İsrail ərazisinə simvolik raket və pilotsuz təyyarə zərbəsi ilə" cavab verib.

Eland yazır ki, bu vəziyyətdə Netanyahunun “ABŞ və İran arasında birbaşa hərbi qarşıdurmanı nəzərdə tutan daha geniş miqyaslı müharibəyə təhrik etmək” üçün “böyük bir fürsəti var idi”.

"Qarşıdurma “populyar olmayan və cinayətdə ittiham olunan baş nazirə həbsdən qaçmaq və ictimaiyyətin diqqətini qeyri-mütənasib şəkildə sərt hərbi reaksiyadan yayındırmaq üçün hakimiyyətdə qalmağa kömək edə bilər”, - ekspert deyib.

Analitikin fikrincə, İsrail İslam Respublikasının “hərbi potensialını əhəmiyyətli dərəcədə azaltmaqla” yəhudi dövlətinin Yaxın Şərqdə hökmranlığını təmin etmək üçün “çoxdan ABŞ-ni öz düşməni İranla müharibəyə sövq etmək istəyirdi”.

T.İSMAYIL