"X" sosial şəbəkəsinin işində problem yarandı
"X" sosial şəbəkəsində (keçmiş Twitter) nasazlıq yaranıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, şikayətlərin əksəriyyətinin ABŞ-dən gəldiyi qeyd edilir. Xidmətə daxil olmaqda problem olduğunu bildirən istifadəçilərin 77 faizi saytla bağlı problemlərlə üzləşib. 17 faiz tətbiqdən istifadə edə bilməyib.
ABŞ-nin Nyu-York, Los-Anceles, Vaşinqton və digər şəhərlərindən kəsilmə xəbərləri gəlib.
Yusif EYVAZLI