Tramp hakimi söz azadlığı hüququnu pozmaqda ittiham etdi

 20:27 23.04.2024     250

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hakim Xuan Merçanı söz azadlığı hüququnu pozmaqda ittiham edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Həddindən artıq mübahisəli, yumşaq desək, hakim Xuan Merçan məni konstitusion söz azadlığı hüququmdan məhrum etdi. Hər kəsə mənim haqqımda danışmağa və yalan danışmağa icazə verilir, amma özümü müdafiə etmək qadağandır. Bu, ədalətin alçaldılmasıdır və hakim imtina etməlidir”, - Tramp deyib.

T.İSMAYIL