"Qərbin tutduğu yol vətəndaş müharibəsinə aparacaq" - İlon Mask

 11:14 24.04.2024     229

Dünyanın ən zəngin insanlarından biri olan İlon Mask miqrantlar ətrafında yaranmış vəziyyətə görə Qərb ölkələrinin vətəndaş müharibəsi ilə üzləşəcəyinə əminliyini ifadə edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"İstəsək də, istəməsək də müharibə gələcək. Qərbin tutduğu yol vətəndaş müharibəsinə aparacaq" - deyə Mask kanadalı professor Qad Saadın yazısını şərh edərkən bildirib.

Saad deyib ki, Qərb ölkələri sivilizasiya intiharı edir. “Qərbdə indi sükan arxasında yatmış bir çox kişi vətənləri sıxışdırıldıqda, qadınlarına hücum ediləndə, azadlıqları məhdudlaşdırıldıqda, oyanacaqlar və bunu sevmədiklərini anlayacaqlar; onların inancına hörmət edilmir”, - professor deyib.

Qeyd edək ki, daha əvvəl Mask ABŞ-dəki miqrasiya problemlərini Amerika dövlətinin mövcudluğuna təhlükələrdən biri adlandırmışdı. O, həmçinin son üç il ərzində 7 milyondan çox qeyri-qanuni miqrantın ölkəyə daxil olmasına imkan verən ABŞ hakimiyyətinin miqrasiya siyasətini dəli hesab edib.

T.İSMAYIL