Daha bir ölkə Fələstini müstəqil dövlət kimi TANIDI

 12:12 24.04.2024     223

Yamayka hakimiyyəti Fələstin Dövlətini tanımaq qərarına gəlib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Yamayka hökuməti Fələstin Dövlətini tanımaq qərarına gəlib və artıq onu tanımış 140 BMT dövlətinə qoşulub", - Xarici İşlər Nazirliyi bildirib.

"Yamayka uzun müddət davam edən münaqişənin iki dövlətli həllini müdafiə etməyə, İsrailin təhlükəsizliyinə zəmanət verməyə və fələstinlilərin ləyaqətini və hüquqlarını qorumağa davam edəcək. Fələstin dövlətini tanımaqla Yamayka münaqişənin sülh yolu ilə həllinə sadiqliyini gücləndirir”, - deyə ölkənin xarici işlər naziri Kamina Conson Smit bildirib.

Xarici işlər naziri əlavə edib ki, Yamayka Yaxın Şərqdə gərginliyin azaldılması və bölgədə davamlı sülhün bərqərar edilməsi üçün bütün səyləri dəstəkləyir.

Hazırda Fələstin BMT-yə üzv olan 193 ölkədən 140-ı tərəfindən müstəqil dövlət kimi tanınıb və dünyanın 95 ölkəsində Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan da Fələsitində daimi nümayəndəlik açıb.

Turan İSMAYIL