Baş nazirin arvadına qarşı korrupsiya işi üzrə istintaq BAŞLANDI
Madrid məhkəməsi “Təmiz Əllər” həmkarlar ittifaqının şikayətindən sonra İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomezi araşdırmağa başlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının press-relizində deyilir.
Bəyanata görə, Madrid istintaq məhkəməsi Beqonya Qomesə qarşı əlaqələrdən və biznesdə korrupsiyadan istifadə etmək iddiası ilə istintaq hərəkətlərinə başlayıb. "İstintaqın gedişi gizli elan edilib", - press-relizdə qeyd olunur.
“Bu gün öyrəndiyim xəbərdən sonra, hər şeyə baxmayaraq, ölkəmin məhkəmə sisteminə inanmağa davam edirəm”, - Baş nazir parlamentdə çıxışı zamanı deyib.
"El Confidencial" qəzetinin məlumatına görə, araşdırma Qomezin hökumətdən vəsait və dövlət müqavilələri alan bir neçə özəl şirkətlə əlaqələrinə yönəlib.
Turan İSMAYIL