HƏMAS 30-a yaxın İsrail generalını girov saxlayır

 12:45 24.04.2024     242

30-a yaxın israilli general və İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) zabiti Fələstinin radikal HƏMAS hərəkatının girovluğundadır.

Redaktor.az xəbər verir ki, bu barədə “Al-Arabi Al-Jadeed” qəzetinə hərəkatdakı yüksək vəzifəli mənbə məlumat verib.

“Təkcə HƏMAS-ın 30-a yaxın generalı və Şin Betin zabiti var, onlar oktyabrın 7-də hərbi hissələrdən və bəzi hərbi obyektlərdən xüsusi məxfilik dərəcəsi ilə əsir götürülüb”, - nəşrin adını açıqlamayan həmsöhbəti bildirib.

T.İSMAYIL