Nazir müavininin rüşvət alma faktı cinayət işinə daxil edilməyib - Vəkil
Rusiya müdafiə nazirinin müavini Timur İvanov Moskvanın Basmannı Məhkəməsi tərəfindən həbs olunduğu rüşvət işində təqsirli olduğunu inkar edir.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a vəkil Denis Baluev məlumat verib.
"İvanov təqsirini rədd edir", - vəkil deyib.
Baluyevin sözlərinə görə, İvanova rüşvət və hər hansı maddi mükafatın verilməsi faktı onun cinayət işinə daxil edilməyib.
"Pul ümumiyyətlə rüşvət predmeti kimi görünmür, iddia edilən məbləğ 1 milyon rubldan çoxdur, bu, medianın yazdığı quru yeməklərin tədarükü zamanı oğurluq işi ilə heç bir əlaqəsi yoxdur", – deyə vəkil ittihamların Müdafiə Nazirliyinin tikinti müqavilələri ilə bağlı olduğu barədə məlumatı təkzib etməyib.
T.İSMAYIL