Finlandiya prezidenti müharibəyə hazırlaşmağa çağırdı
Finlandiya hesab edir ki, Qərbin Rusiya Federasiyası ilə mümkün müharibə ilə bağlı ritorikası son vaxtlar həddən artıq aqressivləşib və onu yumşaltmaq lazımdır.
Redaktor.az "Euractiv"ə istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Stubb Stokholma səfəri zamanı bildirib.
"Müharibədən qaçmağın ən yaxşı yolu az danışmaq və daha çox hazırlamaqdır", -deyə Stubb bildirib.
Finlandiya prezidenti qeyd edib ki, Qərbin indiki aqressiv ritorikası gənc nəslin gələcəyə inamını sarsıda bilər. O, həmçinin Finlandiya və İsveçin güclü ordulara sahib olmaq istəmələrinə baxmayaraq, sülhün təşviqində əsas rol oynaya biləcəklərinə əminliyini ifadə edib.
Xatırladaq ki, Stubb bundan əvvəl Qərbi Rusiya Federasiyasına qarşı döyüşkən bəyanatlardan əl çəkməyə çağırmışdı. Aprelin 11-də o, Rusiyanın Avropa ölkələrindən birinə hücum edəcəyini çətin hesab etdiyini bildirib.
T.İSMAYIL