Türkiyə Ermənistanla birgə tarix komissiyasının yaradılmasına ÇAĞIRDI
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla birgə tarix komissiyasının yaradılması və Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması təklifini dəstəkləməyə çağırıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz 1915-ci il hadisələri ilə bağlı müəyyən radikal dairələrin maraqları naminə verilən subyektiv bəyanatları rədd edirik. Tarixi faktları təhrif edən bu cür bəyanatlar beynəlxalq hüquqa da ziddir.
Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin müzakirə mövzusu olduğunu açıq şəkildə bildirdi. Biz bütün tərəfləri birgə tarixi komissiya yaratmaq təklifimizi və Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq”, - bəyanatda deyilir.
Xarici İşlər Nazirliyi qeyd edib ki, tarixi hadisələrlə bağlı qərəzli və subyektiv bəyanatlar iki cəmiyyət (Türkiyə və Ermənistan) arasında barışıq səylərinə xələl gətirir və radikal qrupları nifrət cinayətləri törətməyə təşviq edir.
Turan İSMAYIL