"Qərbin yardımı Kiyevə döyüş meydanında kömək etməyəcək" - Britaniyalı polkovnik

 15:55 24.04.2024     238

ABŞ və Böyük Britaniyanın son yardım paketlərinə baxmayaraq, Ukrayna hücuma keçə bilməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Britaniyanın ehtiyatda olan polkovniki Riçard Kemp “The Telegraph” nəşrinə yazdığı məqalədə bildirib.

Müəllif vurğulayıb ki, Qərb müttəfiqlərinin köməyi Kiyevə döyüş meydanında təşəbbüsü ələ keçirməyə kömək etməyəcək. O, Ukrayna Silahlı Qüvvələri arasında hava hücumundan müdafiə sistemlərinin olmamasının səbəblərindən biri kimi Rusiyanın havada üstünlüyünü göstərib.

Kemp həmçinin Ukrayna ordusunda şəxsi heyətin çatışmazlığına diqqət çəkib və Kiyevin iki illik münaqişədən sonra genişmiqyaslı səfərbərlik həyata keçirmək istəmədiyinə işarə edib.

“Qarşıda duran problemlər demək olar ki, keçilməzdir. Rusiya sürətlə inkişaf edən müharibə iqtisadiyyatına malikdir və indi çox böyük qüvvələr toplayıb”, - mətndə deyilir.

Materialda həmçinin qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin yayda Ukraynada əldə etdiyi əhəmiyyətli uğurlara baxmayaraq, qışa qədər Qərb dövlətləri respublikanı maliyyələşdirməyə davam etmək istəmirlər.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək, ikincini Londonun Kiyevə davamlı dəstəyinə zəmanət verib. Bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Xəbərdə Sunakın Kiyevə döyüş sursatı və pilotsuz təyyarələrin alınması üçün istifadə olunacaq əlavə 500 milyon funt sterlinqin köçürüldüyünü təsdiqlədiyi bildirilib. 2024-cü ildə İngiltərəyə verilən ümumi dəstəyin bununla da 3 milyard funt-sterlinqə çatacağı qeyd edilib.

Öz növbəsində, aprelin 24-də ABŞ Senatı Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərmək və Rusiyanın ABŞ-dəki dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihələri paketini təsdiqləyib.

T.İSMAYIL