Almaniya kansleri Rusiya ilə NATO arasında birbaşa münaqişənin qarşısını almağa çağırdı

 16:01 24.04.2024     221

Almaniya kansleri Olaf Şolz Rusiya ilə NATO arasında birbaşa münaqişənin qarşısını almağa çağırıb.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Rusiya ilə Ukrayna arasındakı münaqişə NATO ilə qarşıdurmaya çevrilməməlidir", - deyə Olaf Şolz bildirib.

Siyasətçi etiraf edib ki, hadisələrin bu cür dönüşünün mümkünlüyünə xüsusilə inanmır. Lakin onun sözlərinə görə, belə bir vəziyyətdə Rusiya ilə Şimali Atlantika Alyansı arasında birbaşa münaqişəyə səbəb ola biləcək ehtiyatsız addımlar atmamaq xüsusilə vacibdir.

O qeyd edib ki, Avropa və ABŞ Ukraynaya dəstəyindən əl çəkməyəcək və ölkənin “təcavüzdən özünü qoruya bilməsi” üçün mümkün olan hər şeyi edəcək.

T.İSMAYIL