Smolenskdə iki neft bazası PUA ilə vuruldu

 16:03 24.04.2024     233

Aprelin 24-nə keçən gecə Rusiyanın Smolensk vilayətində iki neft bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.

Sözügedən neft bazalarının Yarçevo və Razdorovo yaşayış məntəqələrində yerləşdiyi bildirilir.

Bu obyektlərdə partlayışlardan sonra güclü yanğın baş verib. 

Orada təqribən 26 min kubmetr yanacaq saxlanıldığı qeyd olunub. Sosial şəbəkələrdə yanğını əks etdirən görüntülər yayılıb.