"Ukraynanın bütün prezidentləri oğurluq edib" - Lukaşenko

 16:28 24.04.2024     246

"Ukraynanın bütün prezidentləri öz ölkələrini qarət ediblər".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Ukrayna torpağı münbitdir. Yaşayın, xoşbəxt olun və zəngin olun. Və yalnız çox az adam varlandı. Ən yaxşı demokratiya ənənələrində oliqarxlar və iqtidarda olanlar bütün resursları öz əlləri ilə əzdilər”, - Belarus lideri deyib.

“Ukraynanın ilk prezidentindən tutmuş sonuncuya qədər hamı bölüb, qarət edib və oğurlayıb”, - Lukaşenko əlavə edib.

T.İSMAYIL