"Onlar bizi təxribata çəkir, səngərlər qazır"
"Qərb Belarusu müharibəyə sürükləməyə çalışır".
Redaktor.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bir şey aydındır - onlar bizi həqiqətən müharibəyə sürükləmək istəyirlər. Bunu mən, baş komandan olaraq, ordumuz, kəşfiyyat orqanlarımız görürük. Onlar bizi təxribata çəkir, səngərlər qazır, hərbi infrastrukturu, silahları müasirləşdirir, biz isə burada sərhədin o tayında dinc həyat qururuq – biz divar çəkmirik, səngər qazmırıq. Amma bizim sülh sevgimiz pasifizm deyil, sizdən xahiş edirəm ki, onu qarışdırmayın”, - o, Minskdə ÜmumBelarus Xalq Assambleyasının iclasında çıxışı zamanı deyib.
Lukaşenko əlavə edib ki, təhdidlər artdıqca respublika simmetrik tədbirlər görəcək və döyüş gücünü artıracaq. “Və onlara (Qərb ölkələrinə - red.) müraciət edərək soruşmaq istərdim: bizi asimmetrik tədbirlərə sövq etməyin ki, tariximizdə tez-tez baş verdiyi kimi, heç kim bizi diz çökdürməyə cəsarət etməsin”, - dövlət başçısı bildirib.
T.İSMAYIL