Tarixin ən böyük təlimi bu ölkədə KEÇİRİLƏCƏK

 19:49 24.04.2024     261

Litva hakimiyyəti iyunda keçiriləcək "Baltik Əməliyyatları 2024" (BALTOPS) beynəlxalq təlimlərində digər ölkələrdən 10 minə qədər hərbçinin iştirakına icazə verən qətnamə qəbul edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, seymdə təlim üçün icazə verilən personal sayını artırmaq üçün qanun layihəsi təqdim edən müdafiə nazirinin sözlərinə görə  bu, indiyə qədər keçirilən ən böyük təlimdir.

Baltik dənizində naviqasiya azadlığını və təhlükəsizliyi təmin etmək üçün hərbi cavab imkanlarını gücləndirmək məqsədi daşıyan təlimə ABŞ və Avropadan hərbçilərin cəlb olunacağı bildirilir.

Yusif EYVAZLI