Bayden Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etməyə çağırdı
"İsrail Vaşinqtonun Qəzza zolağındakı fələstinlilərə ayırdığı humanitar yardımın dərhal ötürülməsini təmin etməlidir".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
O, Ağ Evdə Rusiyanın dondurulmuş aktivlərinin Amerika hakimiyyəti tərəfindən müsadirə edilməsini, habelə Vaşinqtonun Ukrayna, İsrail və Tayvana əlavə hərbi yardım göstərməsini nəzərdə tutan qanun layihələri paketinin imzalanmasından sonra danışıb.
"Bu qanun layihəsinə Qəzza zolağına əlavə humanitar yardım üçün 1 milyard dollar daxildir. İsrail bu yardımın Qəzzadakı fələstinlilərə dərhal çatdırılmasını təmin etməlidir”, - o deyib.
Yusif EYVAZLI