Şoyqu müavinini işdən çıxardı
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a nazirlikdəki mənbə bildirib.
Qeyd edək ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda təqsirləndirilərək saxlanılıb. Timur İvanovun 1 milyard rubldan çox məbləğdə rüşvət aldığı bildirilir. Onun 15 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.