"G7" Ukrayna sülh konfransı öncəsi Qətərdə görüşəcək

 10:09 25.04.2024     217

Yeddilik Qrupu (G7) ölkələri iyunda İsveçrədə keçiriləcək Ukrayna sülh konfransı öncəsi Qətərdə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, dünyanın müxtəlif ölkələrindən milli təhlükəsizlik müşavirləri və yüksək səviyyəli rəsmilər Rusiya-Ukrayna münaqişəsinin həlli şərtləri ilə bağlı sammit planlarını müzakirə etmək üçün 27-28 apreldə Dohada görüşəcəklər.

Qətərin paytaxtında keçiriləcək görüşün iştirakçılarının siyahısı hələ təsdiqlənməyib, lakin Rusiya dəvət olunmayıb və Çinin iştirak edib-etməyəcəyi bəlli deyil.

Humay İSGƏNDƏRLİ