Yeniyetmə tapança ilə məktəbdə olay yaratdı
Sankt-Peterburqun Kalininski rayonunda orta məktəb şagirdi məktəbə pnevmatik silah gətirib və divarlara atəş açmağa başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Hadisə Sankt-Peterburqun şimalındakı məktəblərin birində baş verib. Belə ki, 14 yaşlı yeniyetmə məktəbə pnevmatik tapança gətirib. O, tənəffüs zamanı divara atəş açaraq əylənib.
Məlumata görə, hadisə yerinə hüquq-mühafizə qrupu cəlb olunub.
Şagirdə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlana bilər.