Qərb Rusiya ilə sülhü bərpa etməlidir

 11:49 25.04.2024     223

"Qərb dövlətləri Rusiya ilə sülh münasibətlərini bərpa etməlidir".

Redaktor.az "lent.ru"ya istinadən xəbər verir ki, Britaniyalı siyasətçi və İrs Partiyasının lideri Devid Kurten "X" sosial şəbəkəsində buna çağırış edib.

"Rusiya ilə sülh",- deyə o sosial şəbəkədə yazıb.

Siyasətçinin fikrincə, Qərb Ukraynaya maliyyə dəstəyini dayandırmalı və ölkədə münaqişənin həlli prosesinə başlamalıdır.

Kurten qeyd edib ki, NATO qoşunlarının Ukraynaya göndərilməsi dünya müharibəsinə sürüklənəcək.

Humay İSGƏNDƏRLİ