"İstanbul razılaşmaları Ukrayna üzrə danışıqların başlanğıc nöqtəsi ola bilər" - Lukaşenko

 12:21 25.04.2024     261

"Vaşinqton Rusiya və Belarus istiqamətində gərginliyin dərəcəsini ardıcıl olaraq artırır".

Redaktor.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, NATO və ABŞ sonuncu ukraynalıya qədər müharibənin tərəfdarıdır.

"Ukrayna hərbçiləri döyüşməkdən yorulub", - deyən Belarus lideri hesab edir ki, Ukrayna danışıqlara getməsə, tezliklə mövcudluğunu dayandıracaq.

O bildirib ki, münaqişənin həlli üçün “Zelenski formulası” real deyil.

"Hazırda Ukraynada sülhün əldə olunması üçün ən yaxşı vəziyyətdir", - deyən Lukaşenko deyib ki, İstanbul razılaşmaları Ukrayna üzrə danışıqların başlanğıc nöqtəsi ola bilər.

Turan İSMAYIL