Ukraynadakı münaqişə Belarus üçün real riskdir

 12:30 25.04.2024     238

"Ukrayna münaqişəsi Belarus üçün real təhlükə yaradır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu ÜmumBelarus Xalq Assambleyasında çıxışı zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bu gün biz milli təhlükəsizliyimizə təhdidləri gücləndirmək üçün hansı qüvvə və vasitələrdən istifadə olunduğu barədə danışacağıq. Əsas real riski regionda qaynar nöqtə yaradır - təbii ki, Ukrayna. Vaşinqton ölkəmizi münaqişəyə sürükləmək üçün hər şeyi edir", - deyə o bildirib.

Humay İSGƏNDƏRLİ