Tanzaniyada daşqınlar azı 155 nəfərin həyatına son qoydu

 20:56 25.04.2024     196

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Kassim Məcaliva deyib.

"51 mindən çox ev təsərrüfatı və 200 min insan zərər çəkib", - o bildirib.

Baş nazirin sözlərinə görə, əkin sahələri, eləcə də infrastruktur - körpülər, avtomobil yolları və dəmir yolları məhv edilib. 

Yusif EYVAZLI