Ağ Ev HƏMAS-ın İsraillə 5 illik atəşkəs təklifini RƏDD ETDİ

 21:26 25.04.2024     226

ABŞ administrasiyası HƏMAS hərəkatının təkliflərini, o cümlədən İsraillə ən azı beş il atəşkəsin təmin edilməsini rədd edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki,  Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonun danışıqlara hazır olmadığını təsdiqləyib.

 "HƏMAS-ın nəzarəti altında heç bir Fələstin dövləti olmayacaq. Bu, terror təşkilatıdır",- Con Kirbi bildirib.

Yusif EYVAZLI