Kanada İranın müdafiə nazirinə qarşı sanksiyalar tətbiq etdi

 22:47 25.04.2024     245

Kanada hakimiyyəti İranın müdafiə naziri Məhəmməd Rza Aştianini sanksiyalar siyahısına əlavə edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin saytındakı bəyanatda deyilir.

Sanksiyalar İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının komandirinə qarşı da tətbiq edilib.

“İran İslam Respublikasının hərəkətləri sülh və təhlükəsizliyin pozulmasına yönəldiyinə görə yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Bu hərəkətlər artıq ciddi beynəlxalq böhrana gətirib çıxarıb və ya gətirib çıxara bilər. İranın iki yüksək rütbəli hərbi liderindən başqa, sanksiya siyahısına İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Hatəm əl-Ənbiya qərargahı da daxildir", - bəyanatda qeyd edilib.

Yusif EYVAZLI