Pentaqon ABŞ-nin Çaddan hərbçilərinin bir hissəsini çıxaracağını TƏSDİQLƏDİ
ABŞ Müdafiə Nazirliyi Amerika hərbi kontingentinin bir hissəsini Çaddan çıxarmaq planlarını təsdiqləyib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayderin sözlərinə görə, bu, müvəqqəti tədbirdir.
"Bu müvəqqəti addım mayın 6-da Çadda keçiriləcək prezident seçkilərindən sonra bərpa olunacaq hərbi əməkdaşlığımızın nəzərdən keçirilməsinin bir hissəsidir", - deyə Pentaqonun sözçüsü izah edib.
Yusif EYVAZLI