Dünən istefa vermiş nazir həbs olundu

 10:02 26.04.2024     232

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi keçmiş aqrar siyasət və ərzaq naziri Nikolay Solski barəsində həbs qərarı verib.

Redaktor.az-ın “Cлово i Дiло” portalına istinadən xəbərinə görə, vəkillərin 200 milyon qriven girov müqabilində azadlığa buraxmaqla bağlı vəsatəti təmin olunmayıb.

Qeyd edək ki, təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki,  Nikolay Solski dünən istefa verib.

Bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat yayıb

Bildirilib ki, nazir Ukrayna Milli Antikorrupsiya Bürosu tərəfindən korrupsiyada ittiham olunduqdan sonra bu qərara gəlib.

Keçmiş ukraynalı nazir həbs olunub