Aİ Çinlə anti-Rusiya sanksiyalarını müzakirə edəcək
Avropa İttifaqı rəsmiləri Pekinin anti-Rusiya sanksiyalarına əməl etməsini təmin etmək üçün Çin diplomatları ilə görüşəcək.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Mənbələrinin bildirdiyinə görə, görüşdə Aİ rəsmiləri sanksiyalara məruz qalmış Avropa istehsalı olan malları Rusiya Federasiyasına təkrar ixrac etməkdə şübhəli olduqları Çin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək planları barədə məlumatlandırmaq niyyətindədirlər.
Brüssel iddia edir ki, Moskva bu məhsullardan Rusiya hərbi-sənaye kompleksinin maraqları üçün istifadə edir.
Humay İSGƏNDƏRLİ