“NATO Rusiya sərhədlərinə çox yaxınlaşıb”

 12:37 26.04.2024     219

“NATO qoşunları Rusiya sərhədlərinə çox yaxınlaşıb”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib. 

“Alyansın qoşunları Rusiya sərhədlərinə çox yaxınlaşıb və hərbi təhlükəsizliklə bağlı əlavə təhdidlər yaradıb. Vurğulamaq istəyirəm ki, biz onlara deyil, onlar bizə yaxınlaşıb. Bu, bir daha sübut edir ki, Qərb nümayəndələrinə inanmaq olmaz. İndi bizə məzəmmət edirlər ki, Rusiyanı Ukraynada dayandırmasalar, guya biz alyans ölkələrinə hücum edəcəyik”, - deyə Şoyqu qeyd edib.