2040-cı ilə qədər yeni bir fransız-alman tankı yaradılacaq - Nazir
Fransa və Almaniya 2040-cı ilə qədər hazır olmalı olan gələcək MGCS (Əsas Yer Döyüş Sistemi) tankının yaradılması haqqında razılığa gəliblər.
Redaktor.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu “France 2” telekanalının efirində bildirib.
"Yeni bir tank yaratmaq üçün Fransa və Almaniyadakı şirkətlərdən ən yaxşısını alacağıq. Bu, 2040-cı ilə qədər baş verəcək" - deyən nazirin sözlərinə görə, yeni tank beynəlxalq bazarda 21-ci əsrin ortalarında çox yüksək olacaq rəqabətə tab gətirə biləcək.
Lekornu "X" hesabında yazıb ki, imzalanmış müqaviləyə uyğun olaraq, gələcəyin tankının yaradılması üzrə işlərin birinci mərhələsi başlayacaq.
Turan İSMAYIL