Britaniya kralının dəfn mərasiminə hazırlıqlar gedir - KİV
Bukingem Sarayı, əvvəllər xərçəng diaqnozu qoyulmuş Kral III Çarlzın ölümü halında yenidən fəal şəkildə planlar hazırlayır.
Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Daily Beast” nəşri yazıb.
"Plan silindi və indi fəal şəkildə yenilənir, çünki krala xərçəng diaqnozu qoyulub", - mənbə anonimlik şərti ilə deyib.
Qəzetə başqa bir mənbə bildirib ki, “Kraliça II Yelizavetanın (1926-2022) dəfn mərasiminin ertəsi günü Çarlzın dəfni ilə bağlı ciddi planlamalar başlayıb”. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Çarlz üçün kod adı olan “Menai körpüsü” planı nəinki müntəzəm olaraq yenilənir, həm də kralın dəfn mərasimlərinin əvvəlki təcrübəsini nəzərə alır.
Nəşr sonda qeyd edib ki, yanvarın 26-da 75 yaşlı III Çarlz prostatın böyüməsi səbəbindən planlı əməliyyat keçirib. Bu prosedur zamanı ona xərçəng diaqnozu qoyulub, bu barədə Bukingem sarayı fevralın əvvəlində elan edib. Kral dövlət işlərindən təqaüdə çıxıb və müalicəsi davam edir. Kralda aşkar edilən xərçəng növünə heç vaxt ad verilməyib.
T.İSMAYIL