Polislə İrəvan-Sevan yolunu bağlayanlar arasında toqquşma oldu
Ermənistanda polis İrəvan-Sevan yolunun bir hissəsini bağlayan etirazçıların qarşısını almaq üçün güc tətbiq edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında “Ermənistan” blokunun deputatları Artur Xaçatryan və Arman Kazaryan da var.
Polislə etirazçılar arasında toqquşma olub.
Qeyd edək ki, İrəvanın mərkəzində də etiraz aksiyaları keçirilir, bir sıra küçələr bağlanıb. Etirazçılar hökumətin istefasını tələb edirlər.