Bu ölkədə yenə zəlzələ oldu
Tayvanda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ təxminən 350 min əhalisi olan Hualien şəhərindən 26 km şimal-şərqdə baş verib. Sunami təhlükəsi, dağıntılar və insan tələfatı barədə hələlik məlumat daxil olmayıb.
Bundan əvvəl Tayvanın şərq sahillərində maqnitudası 4,9-a çatan silsilə təkanlar qeydə alınmışdı.
Qeyd edək ki, aprelin 3-də Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Hualien qraflığında 7,2 bal gücündə zəlzələ bütün adada hiss olunub. Son məlumatlara görə, 16 nəfər həlak olub, daha 1155 nəfər yaralanıb.
T.İSMAYIL