Turistlər İsrail səhrasında İran raketinin parçasını tapdılar
İranın İsrailə doğru atdığı raketlərdən birinin iri fraqmenti bir qrup turist tərəfindən təsadüfən ölkənin cənubundakı səhra ərazilərindən birində aşkar edilib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.
Məlumata görə, söhbət İranın hücumu zamanı İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilən “yer-yer” raketinin fraqmentindən gedir. O, həftənin əvvəlində Ölü dənizdən 25 km qərbdə Yəhudi səhrasında yerləşən Arad şəhəri yaxınlığındakı Nahal Yaelim bölgəsində gəzintiyə çıxan bir qrup yürüyüşçü tərəfindən aşkar edilib.
Dağıntıları çıxarmaq üçün İsrail Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat helikopteri gətirilib. Mərmi parçası ondan xüsusi kabeldə asılmış və açıq sahədən təhlükəsiz şəkildə çıxarılıb. Ordunun məlumatına görə, yanğın və xilasetmə xidmətlərinin mütəxəssisləri indi bunu öyrənəcəklər.
Bu hadisə ilə əlaqədar olaraq hərbçilər həyat üçün təhlükə yarada biləcəyi üçün ictimaiyyətə raket qalıqlarına yaxınlaşmamağı və onlara toxunmamağı xatırladıb və belə əşyalar aşkar edildikdə dərhal polisə müraciət etməyə çağırıb.
Turan İSMAYIL