"Rusiyanın atdığı 21 raket zərərsizləşdirilib" - “Kalibr”, “İsgəndər-K” və “Kinjal” ...

 11:53 27.04.2024     448

Ötən gecə Rusiya ordusunun Ukrayna ərazisinə atdığı 34 ədəd müxtəlif növ raketdən 21-i zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.

Ukraynanın Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk bildirib ki, bu zaman hərbi aviasiya ilə yanaşı, zenit raket sistemləri, mobil atıcı qruplar və radioelektron müdafiə vasitələrindən istifadə olunub.

Rusiyanın aviahücumu “Kalibr”, “İsgəndər-K” və “Kinjal” raketləri vasitəsilə həyata keçirdiyi bildirilib.