Putinin növbəti andiçmə mərasiminin tarixi AÇIQLANDI

 13:02 27.04.2024     360

Rusiyada 15-17 mart tarixlərində keçirilən Prezident seçkilərində qalib gəlmiş hazırkı dövlət başçısı Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılır.

Redaktor.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Tatarıstanın Rəisi Rüstəm Minnixanov açıqlama verib.

Qeyd edək ki, 71 yaşlı Vladimir Putin 4 illik fasilə ilə bu ölkəyə 2000-ci ildən rəhbərlik edir.