Ukraynada Rusiyaya məxsus RLS sıradan çıxarılıb
Ukrayna ordusunun zərbələri nəticəsində Rusiyaya məxsus “Podlyot” səyyar radiolokasiya stansiyası sıradan çıxarılıb.
Redaktor.az-ın “24tv.ua”ya istinadən xəbərinə görə, əməliyyatı adı çəkilən ölkənin Baş Kəşfiyyat İdarəsi həyata keçirib.
Nəticədə stansiyanın anten-fider sistemi yararsız hala düşüb.
Rusiyada silahlanmaya 2015-ci ildə qəbul edilən və qiyməti 5 milyon ABŞ dollarından artıq olan bu qurğudan hədəflərin aşkarlanaraq, “S-300/S-400” zenit-raket komplekslərinə ötürülməsində istifadə olunub.