Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı
Tacikistan ölkə vətəndaşlarına zərurət olmadıqda müvəqqəti olaraq Rusiyaya getməkdən çəkinməyi tövsiyə edib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına zərurət olmadıqda Rusiya ərazisinə bütün növ nəqliyyat vasitələri ilə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir”, - məlumatda deyilir.