Putin Türkiyəyə nə vaxt səfər edəcək?

 11:01 29.04.2024     173

Türkiyə yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinin səfərini gözləyir, lakin tərəflər hələlik tədbirin tarixi ilə bağlı razılığa gələ bilməyiblər.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə  bildirib.

“Hələlik konkret heç nə yoxdur, ümid edirik ki, yaxın gələcəkdə buna aydınlıq gələcək”, - mənbə deyib.

Qeyd edək ki, fevral ayında Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və o, Türkiyə Respublikasına səfərini çox gecikdirməyəcəyinə söz verib.

Aprelin əvvəlində Türkiyə Prezident Administrasiyası Putinin Türkiyəyə səfərinin vaxtının hələ məlum olmadığını bildirmişdi.

Aprelin 16-da Ərdoğan deyib ki, Putinlə onun Ankaraya səfəri ilə bağlı razılığa gəliblər, lakin tarix hələ müəyyən edilməyib.

T.İSMAYIL