Polşalı fermerlər Ukrayna ilə sərhəddə bütün keçid məntəqələrini açdılar
Polşa fermerləri yük maşınlarının keçməsi üçün Ukrayna ilə sərhəddə yerləşən Rava-Russkaya keçid məntəqəsini açıblar. Bununla belə, taxıl məhsulları daşıyan avtomobillərin ölkəyə girişinə qadağa gələcəkdə də davam edəcək.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Dövlət Səhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.
Qeyd edilib ki, polşalı fermerlər Qrebnoye-Rava-Russkaya keçid məntəqəsinin qarşısında yük maşınlarının hərəkətinə mane olmağı dayandırıblar. Sərhəddən iki istiqamətdə qeydiyyat və giriş adi qaydada həyata keçirilir.
Eyni zamanda qeyd olunur ki, taxıl məhsulları daşıyan yük maşınları Polşaya buraxılmayacaq. Bu növ yüklər Polşa ərazisindən yalnız tranzit rejimində keçə bilər.
"Əslində, bu, səhər saatlarına qədər bağlanmış yeganə istiqamətdir və blokun açılması ilə Polşa ilə sərhəddəki bütün istiqamətlər blokdan çıxarılıb", - Demçenko deyib.
O qeyd edib ki, saat 10:00-a olan məlumata görə, Rava-Russkaya ilə hər iki istiqamətdə yük maşınlarının hərəkəti daha intensivdir.
Xatırladaq ki, ötən ilin sonundan polşalı fermerlər Ukrayna ilə sərhəddə yük maşınlarının hərəkətinə mane olublar. Bu ilin əvvəlində vəziyyət müvəqqəti olaraq sabitləşdi, lakin fevralda etirazlar və blokadalar bərpa olunub.
Bir gün əvvəl polşalı fermerlərin Ukrayna ilə sərhəddəki bloklanmış keçid məntəqələrindən birində yük maşınlarının keçidini bərpa etməyi planlaşdırdıqları barədə məlumat yayılmışdı. Söhbət “Rava-Russkaya – Qrebennoye” keçid məntəqəsindən gedir.
Həmçinin aprelin 20-də polşalı fermerlər Ukrayna ilə sərhəddə iki nəzarət-buraxılış məntəqəsinin - "Şeqini - Medika" və "Krakovets - Korçova"nın blokunu açıblar.
T.İSMAYIL