ABŞ-də prezidentliyə namizəd saxlanıldı - VİDEO

 14:05 29.04.2024     180

ABŞ-də Yaşıllar partiyasından prezidentliyə namizəd Cill Stayn ölkədə İsrail-HƏMAS müharibəsinə qarşı keçirilən etiraz aksiyası zamanı saxlanılıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Staynın seçki qərargahı yayıb. 

Məlumata görə, Staynla yanaşı, onun seçki qərargahının rəhbəri Ceyson Koll və qərargah rəhbərinin müavini Kelli Merrill-Kayer Sent-Luisdə Vaşinqton universitetində keçirilən aksiya zamanı saxlanılıblar. 

Ümumilikdə universitet ərazisinə 100-ə yaxın etirazçı saxlanılıb. 

Xatırladaq ki, ABŞ universitetlərində Qəzzadakı müharibəyə etiraz olaraq aksiyalar keçirilir. Aksiya zamanı çox sayda etirazçı saxlanılıb. Onlar arasında universitet professorları da var.