Gözəllik kraliçası qətlə yetirildi - Anbaan VİDEO

 16:02 29.04.2024     173

2022-ci ildə Ekvadorda gözəllik yarışmasında Los Rios əyalətini təmsil edən və qalib gələrək “Miss Ekvador” adına layiq görülən Landi Parraqa getdiyi məkanda silahlı hücum nəticəsində öldürülüb.

Redaktor.az xəbər verir ki, qan donduran qətldən sonra Ekvador Prokurorluğunun rəsmiləri dəlil toplamaq və sui-qəsdin arxasında duranları tapmaq üçün araşdırmalara başlayıb.

Gözəllik kraliçasının çirkli pulların yuyulması ittihamı ilə əlaqəli olduğu iddiaları var.