Zelenski Stoltenberqlə Ukrayna üçün 100 milyard avroluq fondu müzakirə etdi

 17:35 29.04.2024     238

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Tərəflər, xüsusilə, Ukrayna üçün 100 milyard avroluq fonddan danışıblar.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Zelenski Stoltenberqlə birgə mətbuat konfransında deyib.

“Bu gün biz Yensin beş il müddətinə 100 milyard avro dəyərində Ukrayna müdafiəsinə maliyyə dəstəyi üçün xüsusi fond yaratmaq təşəbbüsünü müzakirə etdik”, - deyə Zelenski bildirib.

O, baş katibin belə bir təşəbbüsünü həyata keçirmək üçün NATO ölkələrinin imkanlarına malik olduğuna aydınlıq gətirib.

Lakin prezident qeyd edib ki, Ukrayna üçün fondun yaradılmasının təfərrüatlarını bilməsi vacibdir. Zelenski vurğulayıb ki, belə bir təşəbbüs təhlükəsizlik zəmanətləri üzrə sazişlərdə nəzərdə tutulan ikitərəfli yardımı nəzərə almamalıdır.

Qeyd edək ki, NATO-nun Ukraynaya 5 il ərzində 100 milyard avro yardım fondunun yaradılması planları barədə məlumat aprelin əvvəlində mətbuatda yer alıb. İdeya baş katib Yens Stoltenberq tərəfindən irəli sürülüb.

Onun planlarına görə, belə bir təşəbbüsü NATO-nun Vaşinqtonda keçiriləcək yubiley sammitində təsdiqləmək istəyirlər. Tədbir 9-11 iyul tarixlərində baş tutacaq.

T.İSMAYIL