Ərdoğan administrasiyası viza ilə bağlı yayılan xəbərləri təkzib ETDİ

 18:21 29.04.2024     268

Bəzi Avropa ölkələrinə Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi çıxış edib.

“Bəzi sosial şəbəkələrdə Türkiyə vətəndaşlarının viza üçün müraciətlərinin dayandırılması ilə bağlı yayılan iddialar həqiqətə uyğun deyil.  Viza müraciətlərinin çoxluğu səbəbindən səfirliklərdə görüşlər daha sonrakı tarixə dəyişdirilə bilər. Səfirliklər bu problemi həll etmək üçün çalışırlar. Müraciət prosesinin dayandırılmasından söhbət gedə bilməz”, - deyə mərkəzin "X" hesabında bildirilib.

Mərkəz bu cür şayiələri ictimai əhval-ruhiyyəyə təsir etmək məqsədi daşıyan manipulyasiyalar adlandırıb.

Bundan əvvəl sosial şəbəkələrdə bir neçə istifadəçi və Türkiyə mediasının bir hissəsi Şengen zonasındakı ən azı üç Avropa ölkəsinin (Almaniya, İspaniya və İtaliya) viza müraciətlərinin qəbulunu bağladığını iddia etmişdi. 

T.İSMAYIL