Avtobus uçuruma aşdı, 23 nəfər öldü

 21:37 29.04.2024     331

Perunun şimalında avtobus uçurumdan aşıb.

Redaktor.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.

Qəza Selendin əyalətində (Kajamarka bölgəsi) baş verib.

Hadisə nəticəsində 23 nəfər ölüb, doqquz nəfər yaralanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hakimiyyət əyalətdə iki günlük matəm elan edib.

Vumart və Güvən reklamı Vumart Güvən