Polis 2012-ci ildə törədilmiş 29 yaşlı qızın qətlinin üstünü açdı
2012-ci ildə törədilmiş qızın qətli ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Faciə 2012-ci il yanvarın 1-də baş verib. İzmailovski meşə parkında 29 yaşlı qızın zorakı ölüm əlamətləri olan meyiti tapılıb. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi açılsa da, şübhəlini saxlamaq mümkün olmayıb.
Buna baxmayaraq, istintaq davam etdirilib. Ekspertizanın nəticələri müəyyən edib ki, zərərçəkənin bədənində əvvəllər məhkum olunmuş 61 yaşlı kişinin izləri olub. O, saxlanılıb.
“O, saxlanılıb və ifadəsində bildirib ki, Yeni il gecəsi bir qadınla görüşüb, sərxoş halda onunla parka gəlib, orada münaqişə baş verib, bu zaman təqsirləndirilən şəxs zərərçəkmişi döyüb və onu boğub”, - deyə prokurorluqdan bildirilib.
İstintaq zamanı şübhəli şəxs istintaq təcridxanasına salınıb.
Yusif EYVAZLI